Dünya

Məktəbə hava hücumu - 50 ölü

5 Oktyabr 2022 21:54
Baxış: 1 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Efopiyanın Şimali Tıqray ştatında məcburi köçkünlərin qaldığı məktəb binasına hava hücumu nəticəsində azı 50 nəfər həlak olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, zərbə oktyabrın 4-də Adi-Daero şəhərinə endirilib. Ölənlərlə yanaşı, daha 70-ə yaxın adam yaralanıb.

Qeyd edək ki, son iki ayda Efiopiya Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr Tıqray ərazisindəki hədəflərə hücum edib.

Avqustun 24-də Efiopiya hökuməti və Tiqray üsyançılarının rəhbərliyi ötən ilin yazından onlar arasında mövcud olan humanitar atəşkəsi pozmaqda ittiham ediblər. Tiqrayın cənubunda və Amharanın şimalında döyüşlər gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.