Dünya

Dünyanı idarə edən kiçik canlılar

3 Oktyabr 2022 04:13
Baxış: 1 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarışqalar Yer planetinin ən uğurlu canlılarıdır və buna görə də onların sayı hamıdan çoxdur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə qənaətə Vürzburq Universitetinin bioloqları gəliblər. Araşdırmanın nəticələri oktyabrın 1-də "Popular Science" jurnalında dərc olunub.

Bioloqlar müəyyən ediblər ki, qarışqaların hərəkətlərinin təşkili və uyğunluğu onlara sağ qalmağa imkan verir. Elm adamları bildiriblər ki,planetimizdəki bütün qarışqaların ümumi çəkisi bütün quşların çəkisindən daha çoxdur.

"Qlobal qarışqa populyasiyası ilə bağlı təxminlərimiz 20×10-15 fərddir. Bu, arxasında 15 sıfır olan 20 deməkdir, bunu qiymətləndirmək çətindir", - deyə ekspertlərdən biri qeyd edib.

Amerikalı bioloq Edvard O.Vilson isə qarışqaları "dünyanı idarə edən kiçik canlılar" adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.