Dünya

Dünya üçün ən pis ssenari - Rusiya nüvə silahından istifadəyə hazırlaşır? - VİDEO

1 Oktyabr 2022 15:36
Baxış: 1 079

Rusiya nüvə silahı atacaqmı? Hazırda bu, dünyanı ən çox düşündürən suallardan biridir. Nüvə silahı Rusiya da daxil olmaqla, dövlətlər üçün çəkindirmə alətidir. Amma Rusiyanın hərbi doktrinasına görə, Rusiya və ya müttəfiqlərinə nüvə və digər kütləvi qırğın silahı atılarsa, dövlətin mövcudluğu təhlükə altına düşərsə nüvə silahı istifadə edilə bilər. Ekspertlərin fikrincə, Rusiya ilhaq etdiyi yeni əraziləri qorumaq üçün bu silahı tətbiq edə bilər. Bəs Rusiya hansı növ nüvə silahı istifadə edər və bu silahın təsir dairəsi nə qədərdir?

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dünyada hazırda mövcud olan ən təhlükəli silah....

Şəhərlər yer üzündən silinir, milyonlarla insan ölür, bölgədə gələcək nəsillərin də yaşaması uzun müddət mümkünsüz olur...
Bədən hüceyrələrinin zədələnməsi nəticəsində yaranan radiasiya hələ uzun illər insan ölümlərinə səbəb olur.

İndiyədək hərbi əməliyyatlarda 2 dəfə istifadə olunub. 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun bu ilin yanvar ayına olan hesabatına görə, dünyadaki 13 minə yaxın nüvə başlığının 90 faizi Rusiya və ABŞ-dadır. 9 ölkədə nüvə silahı var, ən çoxu Rusiyadadır. 

Bəs Rusiya hansı növ nüvə silahı istifadə edə bilər?

Əvvəlcə onu deyək ki, müasir nüvə silahlarının 2-ci dünya müharibəsindəki silahlarla müqayisədə ölçüsü kiçilib, gücü və dəqiqliyi artıb. Xerosimaya atılan bomba 15 kiloton trotil ekvivalentində idi və 160 minə yaxın insanın ölümünə səbəb olmuşdu. İndikilər isə 1000 kilotondan yüksək ola bilir. Rusiyanın "Şeytan 2" silahının gücü bütün başlıqlarla birlikdə 8 meqatona çatır. Amma proqnozlara görə, Rusiya strateji deyil,, taktiki nüvə silahı istifadə edə bilər. Bu silahlar daha kiçik əraziyə təsir göstərir, qısa məsafə qət edir, radioktiv çirklənmə də yüksək olmur. Gücü 0,3 kilotonla 100 kiloton arasında, əsasən isə 1 kilotondan aşağı olur. Rusiya bu nüvə başlıqlarını İskəndər və Kalibr raketləri ilə də ata bilər. 

İndi gəlin taktiki nüvə silahlarının ən güclüsünün - 100 kiloton trotil ekvivalentində bir nüvə silahının dağıdıcı gücünə baxaq. Məlumatı bbc dünyanın aparıcı araşdırma mərkəzlərinin hesabatlarına görə hazırlayıb. 1,8 km radiusda ərazinin yerlə yeksan olacağı bildirilir. 8 km radiusa qədər hər yer dağıntılara məruz qalacaq. 

Hərbi ekspertlərin bildirdiyinə görə, taktiki nüvə silahları əsasən döyüş meydanında istifadə üçün nəzərdə tutulub. düşmənin müdafiə xəttini yarmaq və ya strateji obyektləri sıradan çıxarmaq üçün. məsələn hava limanlarını... ən kiçiklərinin zərər verdiyi ərazinin radiusu heç bir kilometrə də çatmaya bilir. Nəhəng nüvə göbələyi də əmələ gəlmir. Frans press agentliyinin yazdığına görə,  Rusiya Ukraynaya bir və ya bir neçə taktiki nüvə silah ata, onu suda və ya havada partladaraq elektron cihazları sıradan çıxara bilər. 

Bəs nüvə silahı hansı nöqtəyə atılacaq? Rusiya hərbi Akademiyasının ekspərti Vladimir Proxvatilova görə, Ukraynanın Lvov bölgəsinə. Polşa ilə sərhədə. və ya Odessadakı Qaradəniz flotuna. Ukrayna mətbuatının yazdığına görə isə Britaniya Kəşfiyyatının Ukrayna Prezident ofisinə verdiyi məlumata görə, Rusiya nüvə zərbələri üçün bir neçə hədəf seçib. Onlardan biri Lvova 30 km məsafədəki Yavorov poliqonudur. 

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics