İrlandiyada səkkiz yaşlı ukraynalı qız 75 bıçaq zərbəsi alıb. Hadisə Klerkasl kəndində səlahiyyətlilərin qaçqınları yerləşdirmək üçün çevirdiyi oteldə baş verib.
Milli.Az bildirir ki, bu barədə yerli "Irish Mirror" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, uşaq səhər saatlarında tapılıb. Eyni zamanda onun 46 yaşlı anası yaxınlıqda huşsuz vəziyyətdə uzanıb. Həkimlər müəyyən ediblər ki, uşaq çoxsaylı xəsarətlər alsa da, daxili orqanları zədələnməyib.
Zərərçəkənlər yerli xəstəxanaya çatdırılıb, indi həkimlər onların həyatları üçün mübarizə aparır. Polis hadisəni araşdırmaq üçün ailənin qonşuları ilə danışıb.
İrfan Vəliyev
Milli.Az