Dünya

İran prezidenti Məhsa Əmininin ölümünə münasibət bildirib

28 Sentyabr 2022 23:48
Baxış: 2 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranlı qız Məhsa Əmininin ölümü ilə əlaqədar hər hansı nöqsan olarsa, mütləq cinayət işi açılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran prezidenti İbrahim Rəisi İran xalqına müraciətində deyib.

İ.Rəisinin sözlərinə görə, tibbi ekspertiza M.Əmininin ölümü haqda hələlik rəy verməyib. Gələn bir neçə gün ərzində rəy veriləcək.

Son günlərdə İranda etiraz aksiyalarına münasibət bildirən İran prezidenti bildirib ki, bəzi problemlərlə bağlı dialoq, tənqid və hətta etirazlar üçün mərkəzlər yarada bilərik. Bu məsələ İran konstitusiyasında da var.

"Heç bir halda vətəndaşların canı və malına hücum edilməsinə icazə vermək olmaz. Bəzi şəxslərin iğtişaşla cəmiyyətin asayişini pozmalarına icazə vermək olmaz", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.