Dünya

Türkiyə TŞ xarici dövlətlərə Şimali Kipirin müstəqilliyini tanımağa çağırış edib

28 Sentyabr 2022 22:47
Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Yunanıstanın uğursuz cəhdlərinə qarşı mənafeyini qorumaq üçün hər cür qanuni vasitələrdən istifadə edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında deyilib.

Mətbuata verilən bəyanatda Kipr türklərinin hüquqlarının müdafiəsi fəaliyyətlərinin qətiyyətlə davam ediləcəyi də vurğulanaraq, bütün ölkələrə Şimali Kipir Türk Cumhuriyyətinin müstəqilliyini tanımağa çağırış edilib.

"ABŞ-ın Kipr respublikasına qarşı silah embarqosunu ləğv etmə qərarı müzakirə edildi. Şərqi Aralıq dənizində sülh və sabitliyə mənfi təsir göstərəcək, bu qərardan geri dönməyə çağırışı edildi", - deyə bəyanatda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.