Dünya

Macarıstan Rusiya vətəndaşlarına viza verməyə davam edir

27 Sentyabr 2022 08:34
Baxış: 2 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, tətbiq olunan sanksiyalara və müzakirələri davam edən 8-ci sankisaylar paketinə baxmayaraq Macarıstan höküməti Rusiya vətəndaşlarına Şengen vizası verməyə davam edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, macar nazir bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasında iştirakı zamanı bəyan edib.

"Viza müqaviləsinin mövcudluğu ilə proses bir qədər daha mürəkkəb və yavaş xarakter alır. Ancaq heç bir razılaşma olmadıqda belə, bu, o demək deyil ki, biz viza verməyəciyik. Təbii ki, biz prosedura uyğun olaraq viza verilməsini davam etdirəcəyik,"- deyə Siyarto bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza proseduruna dair sazişi iyulun 31-də ləğv edib. Bir neçə Avropa ölkəsi isə Rusiya vətəndaşlarına viza verilməsini tamamilə dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory