Dünya

Məhkumun qolunda “ölüm iynəsi” üçün damar tapılmadı, sonra görün nələr oldu - FOTO

25 Sentyabr 2022 13:48
Baxış: 1 909
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Alabama ştatında həbsxanada ölümə məhkum edilən şəxsin son anda bəxti gətirib. 

Milli.Az manset.az xəbər verir ki, belə ki, məhbus Alan Miller üçqat qətlə görə 1999-cu ildə ölümə məhkum edilsə də, hökmün icrası 2022-ci ilə qədər uzanıb. Bununla belə, cari ildə də qərarı həyata keçirmək mümkün olmayıb: həkimlər Alanda öldürücü inyeksiya üçün vena damarı tapa bilməyiblər, nəticədə edam ləğv edilib və qatil yenidən həbsxana kamerasına göndərilib.

Qeyd edilir ki, Alabama ştatının edam qanununa görə, əgər inyeksiya ilə bağlı problem yaranarsa, alternativ variant kimi azot hipoksiyası (azot buludu ilə boğulma) təklif edilir.

Ancaq Alanın sonrakı taleyi ilə bağlı heç nə məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.