Dünya

Rusiyada qaz tarifləri artacaq

23 Sentyabr 2022 22:47
Baxış: 487

2022-ci il dekabrın 1-dən Rusiyada qaz və elektrik enerjisi tarifləri artacaq.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Rusiya İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumata görə, qaz 8,5 faiz, elektrik enerjisi 9 faiz bahalaşacaq.

Nazirlik qeyd edib ki, əhali və digər istehlakçılar üçün indeksasiya dərəcəsi eyni olacaq. Vətəndaşlar və sənaye üçün qaz və elektrik enerjisi tariflərinin növbəti indeksasiyası 2024-cü ilin iyul ayına nəzərdə tutulub.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics