Dünya

Yapon kəşfiyyatı Türkiyənin kamikadze dronu ilə maraqlanır

21 Sentyabr 2022 17:11
Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Karqu" kamikadze PUA-sı Yaponiya ordusunun da diqqətini çəkməyə başlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Yaponiya Quru Qoşunları Komandanlığının tabeliyindəki Hərbi Kəşfiyyat Məktəbi "Karqu" PUA-sının fəaliyyətini xüsusi izləməkdədir.

Belə ki, hərbi məktəbin nəzdində keçirilən və xarici məhsulların da yer aldığı sərgidə sözügedən PUA-nın maketi də nümayiş olunub.

Bildirilib ki, "Karqu"ya marağın artması son dönəmlər bu aparatın müharibə meydanlarında ardıcıl uğurları ilə bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.