Dünya

300 min dövlət qulluqçusu işdən çıxarılacaq

19 Sentyabr 2022 16:04
Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konqo Demokratik Respublikasının prezidenti Feliks Çisekedi 4 min dövlət qulluqçusunun təqaüdə göndərilməsi barədə göstəriş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini, dövlət qulluğu, dövlət idarəçiliyində modernləşdirmə və innovasiyalar naziri Jan-Pyer Lihau Ebua məlumat verib.

"Kadrların gəncləşdirilməsi prosesi davam edəcək. Hakimiyyətin hazırkı qərarının məqsədi bütün səviyyələrdə xidmət və administrasiyaların işinə yeni təkan vermək və kadrları yeniləməkdir", - deyə o, bildirib.

Nazirin sözlərinə görə, işdən çıxarılanlar arasında nazirlik və xidmətlərin 20-yə yaxın dövlət katibi də var.

Ebua əlavə edib ki, oktyabrda daha 6 min məmur vəzifəsini tərk edəcək.

"Növbəti 5 il ərzində 300 min dövlət qulluqçusu təqaüdə göndəriləcək və onların yerini gənc kadrlar tutacaq. Artıq dövlət qurumları 5 min gənc mütəxəssisin işə qəbulunu elan edib", - nazir vurğulayıb.

Qeyd edək ki, Konqoda 1,45 milyon dövlət qulluqçusu var. BMT-nin son məlumatına görə, ölkə əhalisi 89,6 milyon nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.