Dünya

ABŞ Konqresi Pelosini istefaya getməyə çağırıb

18 Sentyabr 2022 10:01
Baxış: 1 434
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ parlamentinə qarşıdan gələn aralıq seçkilərdə Demokratlar Partiyasının nəticələrindən asılı olmayaraq vəzifəsini tərk etməlidir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu demokrat konqresmen Eliss Slotkin bəyan edib.

Onun sözlərinə görə, Konqresin aşağı palatasının rəhbərini dəyişməyin vaxtı çatıb:

"Bizim (Nümayəndələr Palatası - Red) rəhbərliyi dəyişməyin vaxtıdır. Rəhbərlikdə Nyu-Yorkdan və Kaliforniyadan hədsiz çox konqresmen var. Daha çox müxtəliflik görmək istərdim".

Konqresmenlərin nöqteyi-nəzərindən Pelosi getməli, yerini ölkənin mərkəzi və şimal-şərq hissəsindən 12 ştatın daxil olduğu ABŞ-ın coğrafi bölgəsi olan Orta Qərbin nümayəndələrinə verməlidir.

Slotkinin vurğulayıb ki, ştatın bu hissəsindən olan seçicilərin buna ehtiyacı var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.