Dünya

Quterreşdən Qırğızıstan və Tacikistan liderlərinə çağırış

17 Sentyabr 2022 20:46
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BMT Baş katibi Antoniu Quterreş Qırğızıstan və Tacikistan liderlərini sərhəddə atəşə dayandırmağa və tez bir zamanda dialoq aparmağa çağırıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Quterreşin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, təşkilat tərəflərin müraciəti olacağı təqdirdə Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətin nizamlanmasına töhfə verməyə hazırdır və iki ölkənin hakimiyyətini atəşkəs rejiminin yaradılması üzərində işləməyə çağırır.

"BMT sərhəd mübahisələrinin davamlı həllinin tapılmasına kömək etməyə hazırdır", - bəyanatda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.