Dünya

"O, həqiqətən buna çalışır, lakin..." - Putin

16 Sentyabr 2022 22:51
Baxış: 1 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynadan ixrac edilən taxılın beş faizindən az hissəsi dünyanın ən yoxsul ölkələrinə göndərilib".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Ukrayna limanlarını 121 gəmi tərk edib. 120 gəmidən yalnız üçü BMT-nin ərzaq proqramı çərçivəsində ən kasıb ölkələrə göndərilib. Ukrayna ərazisindən ixrac edilən taxılın təxminən 35, bəlkə də bir az çox faizi Avropa ölkələrinə gedib. Yoxsul ölkələrə, dünyanın ən kasıb ölkələrinə deyil. Yalnız 4,5% BMT proqramı çərçivəsində ən yoxsul ölkələrə göndərilib", - Putin bildirib.

V.Putin qeyd edib ki, Rusiya Ukrayna taxılının ixracını təşkil etmək üzrə öhdəliklərini yerinə yetirir, sövdələşmənin digər iştirakçıları da şərtlərə əməl etməlidirlər.

"Mən bilirəm ki, BMT baş katibi Antonio Quterreş lazımi səyləri göstərir, o, həqiqətən buna çalışır, lakin indiyə qədər buna nail ola bilməyib", - deyə V.Putin əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.