Dünya

ABŞ nüvə gücü ilə Yaponiyanı müdafiə etməyə hazırdır

15 Sentyabr 2022 07:18
Baxış: 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaponiyanın müdafiə naziri Yasukazu Hamada ilə görüşdən sonra Amerikanın Yaponiyanı, nüvə potensialının köməyi ilə müdafiə etməyə hazır olduğunu açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

"Ostin Amerikanın Yaponiyanı ənənəvi silahlarımızın və nüvə imkanlarımızın tam arsenalı ilə müdafiə etməyə hazır olduğunu vurğulayıb. Yaponiya, eləcə də digər müttəfiqlər və tərəfdaşlarla birgə cavabımız məsuliyyətli, inamlı və qətiyyətli olaraq qalır", - deyə bildirilib.

Mətbuat xidməti əlavə edib ki, görüş zamanı iki ölkənin müdafiə idarələrinin rəhbərləri Pekinin Tayvan sahillərində, eləcə də Yaponiya yaxınlığındakı hərəkətlərini və Ukraynada xüsusi hərbi əməliyyatı müzakirə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.