Hadisə

Tovuzda yük maşını aşıb, xəsarət alan var

2 Avqust 2025 17:25
Baxış: 273
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, qəza Bakı-Qazax magistral yolunun Tovuz rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük maşını idarəetmədən çıxıb. Nəticədə, yük maşını yol kənarındakı səkiyə çırpılıb, daha sonra isə yolda çıxaraq aşıb.

Qəza zamanı sürücü 1994-cü il təvəllüdlü Z.Şabanlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qəzaya səbəb yük avtomobilinin təkərinin partlaması olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.