Dünya

Paşinyanın çıxışından sonra İrəvanda etiraz aksiyaları keçirilir - VİDEO

14 Sentyabr 2022 22:08
Baxış: 2 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlamenti və hökumət binasının qarşısında etiraz aksiyaları keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, buna səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın Milli Assambleyada verdiyi açıqlamalar olub.

Xatırladaq ki, Nikol Paşinyan Ermənistan tərəfinin hər hansı sənəd imzalamağa hazırlaşması ilə bağlı dediklərini təkzib edib.

O bu barədə rəsmi "Facebook" səhifəsində yazıb.

Parlament binasının yaxınlığında keçirilən aksiya zamanı vətəndaşlar Baqramyan prospektini bağlayıb, nəqliyyatın hərəkəti dayandırılıb.

İrəvanda etirazçılar Ermənistan parlamentinin qapısını sındırmağa cəhd ediblər.

Öz növbəsində, polis fəallardan yolu açmağı tələb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.