Dünya

"Rusiyanın itkiləri 53 650-yə yüksəlib"

14 Sentyabr 2022 19:32
Baxış: 695
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son sutkada Ukraynada Rusiya ordusunun 350 hərbçisi məhv edilib".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 53 650-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 180 tank, 4 665 zirehli döyüş maşını, 1 290 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 167 hava hücumundan müdafiə sistemi, 246 təyyarə, 215 helikopter, 908 PUA, 233 qanadlı raket, 15 gəmi, 3 501 avtomobil texnikası və avtosistern, 120 xüsusi texnikadan ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.