Dünya

Xəstəxanadan kəsilmiş ayağını götürməyən ispaniyalını cərimə gözləyir

13 Sentyabr 2022 09:22
Baxış: 1 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyada xəstəxanadan amputasiya edilmiş ayağını götürməyən yerli sakini 1500 dollar həcmində cərimə gözləyir.

Belə ki, tibb müəssisəsi adı açıqlanmayan xəstədən on gün ərzində amputasiya edilmiş ayağını götürməyi və ya onun xaric edilməsi üçün ödəniş etməyi tələb edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klinikadan verilən məlumata görə, həkimlər bir neçə ay ərzində xəstə ilə əlaqə saxlamağa çalışsalar da, o, telefonu götürməyib.

Xəstəxananın nümayəndələri əlavə ediblər ki, vəziyyət belə davam edərsə, artıq bu məsələ ilə səlahiyyətli orqanlar məşğul olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.