Dünya

Serbiya prezidenti: “Mənim böyük ailəmdə gey var”

11 Sentyabr 2022 15:44
Baxış: 1 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiya prezidenti Aleksandar Vucic bildirib ki, onun böyük ailəsində LGBT icmasının nümayəndəsi var.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Milli Təhlükəsizlik Şurasının iclasında Belqradda gey-paradla bağlı sualı cavablandırarkən bildirib.

Vuçiç eyd edib ki, həmkarlarından bir çoxu geydir və ona böyük köməklik göstərirlər.

"Əgər Ane Brnabiçin (Serbiyanın lezbiyan baş naziri - red.) şər olduğunu düşünsəm, o, olduğu yerdə olmazdı. Mənim böyük ailəmdə gey qadın var və mən onu heç vaxt, heç kimə dəyişmərəm. Düşünmürəm ki, bunda pis nə isə var", - deyə prezident bildirib.

O, həmçinin gey paradları sevmədiyini də qeyd edib.

Vuçiçin sözlərinə görə, LGBT icması məsləhət üçün ona müraciət etsəydi, o, onlara paradlarla deyil, digər mühüm məsələlərlə məşğul olmağı məsləhət görərdi.

Xatırladaq ki, sentyabrda Belqradda keçirilməsi planlaşdırılan gey parad Kosovo və Metohiyadakı böhran səbəbindən ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.