ABŞ prezidenti Co Bayden Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimində şəxsən iştirak etmək niyyətində olduğunu bildirib.
"Hələ təfərrüatları bilmirəm, amma gedəcəm", - Amerika lideri bildirib.
Dövlət başçısının sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirir.
Bayden həmçinin bildirib ki, o, Britaniyanın yeni kralı III Çarlzla hələ danışmayıb.
"Mən onu tanıyıram. Onunla danışmamışam, zəng etməmişəm", - Ağ Evin rəhbəri deyib.
Milli.Az