Dünya

Ana qızını öldürdü - Oğlanla danışır deyə

7 Sentyabr 2022 09:16
Baxış: 1 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda 40 yaşlı Bablu Kaşyap və onun 38 yaşlı həyat yoldaşı Rubi Kaşyap qızlarının 12 yaşlı oğlanla sevgili olduğundan hiddətlənərək onu kanalda boğaraq qətlə yetiriblər.

Törətdikləri cinayətdən yaxa qurtarmaq qərarına gələn cütlük hüquq-mühafizə orqanlarına şikayət edib və qızlarının itkin düşdüyünü bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qızın valideynlərini dindirən polis onların ifadələrinin üst-üstə düşmədiyini görüb.

Daha sonra hüquq-mühafizə orqanları itkin düşən qızın kiçik qardaşını dindiriblər.

Altı yaşlı uşaq bildirib ki, bir müddət əvvəl anası və atası bacısı ilə birlikdə bazara gedib, amma sonra onsuz qayıdıblar.

İlk etiraf edən qızın atası olub. O bildirib ki, qızının tez-tez qonşuda yaşayan oğlan ilə danışmasından hiddətlənərək arvadına uşağı öldürməyi təklif edib.

Artıq hər iki valideyn həbs edilib. Qızın meyiti isə hələ də tapılmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.