Dünya

36 yaşlı qız ad günündə öldü

6 Sentyabr 2022 19:30
Baxış: 1 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada turist qız ad günü şənliyi zamanı qəfil dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə "Manchester Evening News" yazır.

Nəşrin məlumatına görə, Mançester şəhərətrafı qəsəbələrindən birində yaşayan Heyli Tompson ailəsi ilə birlikdə 36 yaşını qeyd etmək üçün Devonşirə gedib. Səfər çoxdan gözlənilən idi - qadın qraflığı "dünyanın ən yaxşı yeri" hesab edib və səfəri bir neçə həftəyə planlaşdırıb.

İstirahətin ikinci günündə, Tompson hədiyyələri açanda, səhhəti kəskin şəkildə pisləşib. O, vanna otağına gedib və orada yerə yıxılıb. Qızın bir neçə konvulsiv tutması olub, sonra isə o dünyasını dəyişib.

Daha sonra həkimlər britaniyalının dalağın yırtılması və daxili qanaxma səbəbindən öldüyünü öyrəniblər. Hazırda Tompsonun qohumları qadının cəsədini Mançesterə daşımaq üçün ianə aksiyası elan ediblər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.