Dünya

Almaniya qaçqınlara dəstək proqramı üçün Ukraynaya 200 milyon avro ayıracaq

4 Sentyabr 2022 10:37
Baxış: 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Ukraynaya 200 milyon avro məbləğində yeni maliyyə yardımı ayıracaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Svenya Şulze Funke media qrupuna müsahibəsində bildirib:

"Bizim yeni yardımımızın əhəmiyyətli hissəsi Ukrayna hökumətinin məcburi köçkünlərə dəstək proqramına yönəldilməlidir".

Qeyd edək ki, bu gün Ukraynanın baş naziri Denis Şmıxal Berlinə səfər edəcək.

"Mən baş nazirlə hələ də qaçqınların təchizatı məsələsində Ukrayna hökumətinə necə dəstək ola biləcəyimizi danışacağam. Söhbət mənzil, istilik, geyim və tibbi ləvazimatların verilməsindən gedir", - Şulze bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.