Dünya

İsrail Bosniya və Herseqovinadakı səfirini geri çağırdı

25 Avqust 2022 08:50
Baxış: 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Bosniya və Herseqovinadakı səfiri Noah Qal Gendler ölkənin daxili işlərinə qarışdığı üçün vəzifəsindən azad edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, İsrailin Baş naziri Yair Lapid Bosniya və Herseqovinadakı xorvat siyasi partiyaların seçki qanununun dəyişdirilməsi tələbini dəstəkləyən səfirin bu addımını qınayıb.

İsrail mediası xorvat siyasi partiyaların tələblərini dəstəkləyən Noah Qal Gendlerin bu addımını "İsrail diplomatiyasının ən aşağı səviyyəsi" kimi qiymətləndirib.

İsrailin Xarici İşlər Nazirliyi isə Bosniya və Herseqovina ilə yanaşı, Albaniya səfiri olan Noah Qal Gendlerin yerinə Nyu-Yorkdakı baş konsul Qalit Peleqin təyin edildiyini açıqlayıb

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.