Dünya

Çemodanından insan göbəyi çıxdı

23 Avqust 2022 05:44
Baxış: 968
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni Orlean Beynəlxalq Hava Limanının əməkdaşları sərnişinin baqajında ​​insan göbək bağı aşkar ediblər.

Milli.Az bildirir ki, bu barədə ABŞ Sərhəd və Gömrük Xidmətinin (CBP) saytında məlumat verilib.

Hondurasdan "Spirit Airlines"ə məxsus təyyarə ilə uçan şəxs çamadanda tibbi qolbaq ilə insan orqanını gizlədib və çantalarda təkrar axtarış zamanı yaxalanıb.

Səyyah izah edib ki, bütün bunlar onun qohumuna məxsus olub. Buna baxmayaraq, göbək bağı daha sonra məhv edilmək üçün gömrük xidməti tərəfindən müsadirə edilib.

Nəşrin məlumatına görə, bu, Nyu-Orleanda sərnişinlərdən insanın göbək bağlarının çıxarılması ilk dəfə deyil. Oxşar hadisə iyun ayında, başqa şəxsin Hondurasdan uçarkən baş verib.

"Uçuşların çoxluğunu nəzərə alaraq, zabitlərimiz tez-tez çamadanlarında qeyri-adi əşyalarla rastlaşırlar. Bununla birlikdə, eyni ölkədən gətirilən ayda iki göbək bağı açıq şəkildə diqqətə layiqdir", - Nyu Orlean hava limanının direktoru vəzifəsini icra edən Mark Çoyna deyib.

Hazırda bioloji materialların gətirilməsi ABŞ-a idxalı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən xüsusi icazə tələb edir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.