Dünya

Cill Bayden koronavirusdan sağalıb

22 Avqust 2022 07:28
0 Şərh     Baxış: 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın birinci xanımı Cill Baydenin infeksiya səbəbindən beş gün təcrid rejimində qaldıqdan sonra COVID-19 üçün mənfi test verib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Beş günlük özünütəcriddən və ardıcıl iki mənfi testdən sonra birinci xanım bu gün (dünən) Cənubi Karolinadan Delaverə gedəcək", - Cill Baydenin mətbuat katibi deyib.

Çərşənbə axşamı Ağ Ev birinci xanımın koronavirusa yoluxduğunu açıqlayıb. Qeyd edilib ki, onda xəstəliyin yüngül forması müşahidə edilir.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden də bu yaxınlarda koronavirusdan sağalıb.

ABŞ-da dünyada koronavirusa yoluxma və ölüm sayına görə birinci yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.