Dünya

Meksikanın keçmiş baş prokuroru saxlanılıb

20 Avqust 2022 08:14
0 Şərh     Baxış: 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikanın keçmiş baş prokuroru Xesusa Murilo Karam saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi Tvitterdə məlumat yayıb.

Məlumatda bildirilir ki, keçmiş baş prokuror 2014-cü ildə 43 tələbənin itkin düşməsi faktının araşıdrılmasında yol verilmiş cinayətlərdə təqsirli bilinir.

Xesusa Murilo Karam saxlanılan zaman polisə müqavimət göstərməyib. Daxili İşlər Nazirliyi bildirib ki, itkin düşən tələbələrin yaşamaq ehtimalı azdır. Lakin cinayəti törədənlərin hamısı aşkara çıxmadıqca proses davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.