ABŞ-da meymunçiçəyinə yoluxma hallarının sayı 14 mini ötüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkəin Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildirilib.
Məlumata əsasən, avqustun 19-u üçün yoluxma hallarının sayı 14 115-ə çatıb.
Ən çox yoluxma halları Nyu-York (2 744), Kaliforniya (2 663) və Florida (1 372) ştatlarında qeydə alınıb.
Milli.Az