ABŞ-da meymunçiçəyinə yoluxma 14 mini ötüb

20 Avqust 2022 08:03

ABŞ-da meymunçiçəyinə yoluxma hallarının sayı 14 mini ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkəin Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildirilib.

Məlumata əsasən, avqustun 19-u üçün yoluxma hallarının sayı 14 115-ə çatıb.

Ən çox yoluxma halları Nyu-York (2 744), Kaliforniya (2 663) və Florida (1 372) ştatlarında qeydə alınıb.

Milli.Az