Dünya

“WhatsApp” kömpüterlər üçün müstəqil proqram təqdim etdi

18 Avqust 2022 16:07
0 Şərh     Baxış: 1 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp" tərtibatçıları "Windows" üçün messencer proqramının yeni müstəqil versiyasını təqdim ediblər.

Əvvəllər kompüter istifadəçiləri brauzer versiyasından istifadə edərək "WhatsApp"a qoşulmalı və ya veb əsaslı masaüstü versiyasını yükləməli idilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tətbiqin yeni versiyası bir sıra üstünlüklərə malikdir. Xüsusilə, proqramın "Windows" üçün optimallaşdırılması səbəbindən, o, daha etibarlı və sürətlidir.

Qeyd edək ki, əvvəllər "WhatsApp"dan kompüterdə istifadə etmək üçün masaüstü və ya brauzer versiyası ilə sinxronlaşdırılmış smartfonunun internetə qoşulması vacib idi. Artıq istifadəçi telefonu söndürsə belə messencerdə bildiriş və mesaj ala biləcək.

Hazırda "WhatsApp"ın "Mac" üçün versiyası üzərində iş gedir. Yaxın vaxtlarda onun da ictimaiyyətə təqdim olunacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory