Dünya

Kafedə Ukrayna mahnısı səsləndirən dicey on sutkalıq həbs edildi

16 Avqust 2022 16:45
0 Şərh     Baxış: 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krım məhkəməsi kafedə Ukrayna mahnısı səsləndirən diceyin on sutkalıq həbs edilməsi barədə qərar qəbul edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Leninski Rayon Məhkəməsindən bildirilib ki, o, "Ekstremist fəaliyyətlə mübarizə haqqında" Federal Qanunun 1-ci maddəsinin 1-ci bəndini pozub.

Dicey Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi ilə (Nasist atributlarının və ya simvollarının, yaxud ekstremist təşkilatların atributlarının və ya simvollarının nümayişi) təqsirli bilinib.

Həmçinin, məhkəmə ondan inzibati xəta predmetini, yəni musiqi avadanlığını müsadirə edib.

Məlumata görə, müttəhim Şçelkino şəhərindəki kafedə "Vəhşi tarla" mahnısını səhnələşdirib və bu zaman Azov alayının simvollarını əks etdirən klip yayımlayıb.

Dicey günahını qismən boynuna alıb. O, mahnı və videonun məzmununu bilmədən ziyarətçinin istəyi ilə səsləndirdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.