Dünya

Ermənistanda hərbçi naməlum səbəbdən ölüb

14 Avqust 2022 21:17
0 Şərh     Baxış: 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, avqustun 14-də saat 15:20 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu, 1981-ci il təvəllüdlü Manvel Tadevosyanın vəziyyəti kəskin pisləşib.

Dərhal tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.