Dünya

Ritual üçün uşağın başını kəsən keşiş ölüm cəzasına məhkum edildi - FOTO

13 Avqust 2022 09:45
0 Şərh     Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nigeriyada keşiş və onun ortağı yeddi yaşlı uşağı öldürməkdə təqsirli bilinirlər. Onların bu cinayəti ayin yerinə yetirmək üçün etdiyi deyilir.

Hadisə İkorodu şəhərində baş verib. Din xadimi uşağın başını kəsib və onu kilsənin qurbangahının altına basdırıb, cəsədi isə kanala atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əvvəlcə təqsirləndirilən şəxslər günahlarını etiraf etməyiblər. Sonra törətdikləri cinayəti danışıblar. Onlar qətl törətmək məqsədilə əlbir olmaqda ittiham olunublar. Məhkəmə isə barələrində ölüm hökmü çıxarıb.

"Təqsirləndirilən şəxslər ağır cinayət törədiblər və heç bir mərhəmətə layiq deyillər. Onlar yeddi yaşlı uşağı qəsdən və qəddarlıqla qətlə yetiriblər. Onu və ailəsini parlaq gələcəkdən məhrum etdilər", - deyə hakim vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.