Dünya

DƏHŞƏTLİ QƏTL: evdə əsəbləşib 11 nəfəri güllələyib ÖLDÜRDÜ

12 Avqust 2022 22:12
0 Şərh     Baxış: 1 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Monteneqronun Medovina kəndində bir nəfər yoldan keçənlərə atəş açıb.

Milli.Az REN TV-yə istinadla xəbər verir ki, hücum nəticəsində 11 nəfər həyatını itirib, yaralıların sayı açıqlanmayıb.

Bildirilib ki, atəş açan kişi təcili yardımı yaralılara kömək etməyə qoymayıb.

Hadisə yerinə gələn polis məmurlarından biri başından yaralanıb.

Cinayətkar Vuçko Boriloviç ölüb, lakin atəş açan şəxsin intihar edib, yoxsa polislə atışma zamanı öldüyü hələlik bəlli deyil.

İlkin məlumata görə, 34 yaşlı yerli sakin ailə münaqişəsindən sonra küçəyə çıxıb və yoldan keçənlərə fərq qoymadan atəş açıb.

Polis hadisə yerində araşdırma aparır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.