Dünya

Mariya Ovsyannikova ev dustağı edildi

11 Avqust 2022 23:14
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Birinci televiziya kanalının canlı efirdə Ukraynada xüsusi əməliyyata qarşı etiraz aksiyası keçirmiş redaktoru Mariya Ovsyannikova oktyabrın 9-dək ev dustaqlığına məhkum edilib.

O, 5 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, bu il martın 14-də M.Ovsyannikova "Vremya" xəbərlər proqramının canlı efiri zamanı Ukraynada hərbi əməliyyatlar əleyhinə plakat açıb. Bundan sonra o, 30 min rubl məbləğində cərimə olunub və Almaniyaya işləməyə gedib.

İyulun əvvəllərində Ovsyannikova yenidən Rusiyaya qayıdıb. Avqustun 10-da jurnalist evində axtarış aparıldıqdan sonra saxlanılıb. Bu dəfə o, iyulun 15-də etiraz piketi keçirməkdə təqsirləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.