Dünya

KİV: Qəzzada "İslami Cihad"a görə atəşkəs əldə olunmayıb

7 Avqust 2022 23:23
0 Şərh     Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs rejiminin bərqərar olması radikal "İslami Cihad"ın Misirdən bir sıra təminatlar tələb etməsi səbəbindən alınmır.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə bazar günü axşam "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, "İslami Cihad" vasitəçi kimi çıxış edən Misirdən öz məhbuslarına zəmanət və İsrailin təcavüzünə son qoyulmasını tələb edir.

Həmçinin bildirilir ki, Misir vəziyyəti nəzarətdə saxlamaq və gərginliyin qarşısını almaq üçün döyüşən tərəflərlə əlaqə saxlamağa davam edir.

Daha əvvəl "Reuters" Fələstin rəsmisinə istinadən xəbər verib ki, Qəzza zolağında atəşkəs bazar günü yerli vaxtla saat 20:00-da qüvvəyə minəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.