Dünya

Əmirabdullahian Quterreşlə danışıb

7 Avqust 2022 20:39
0 Şərh     Baxış: 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian və BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Hüseyn Əmirabdullahian BMT-nin baş katibi ilə bəzi regional və beynəlxalq məsələləri, o cümlədən Qəzzada baş verən hadisələri, sanksiyaların aradan qaldırılması üçün aparılan danışıqları müzakirə edib.

O, sanksiyaların ləğvi ilə bağlı danışıqlara münasibət bildirib: "Biz güclü və sabit razılığın əldə olunmasına ciddi yanaşırıq. İndi Vyanada danışıqlar ciddi şəkildə aparılır, baxmayaraq ki, bu məsələnin nəticəsi ABŞ-ın razılığından asılıdır. ABŞ praktikada lazımi çeviklik və realizm nümayiş etdirəcəkmi? Bizim güclü və davamlı razılaşma əldə etmək üçün ciddi və real iradəmiz var, bunu göstərmişik".

BMT-nin baş katibi dünyada nüvə silahlarının aradan qaldırılmasının zəruriliyini və Yaxın Şərqin kütləvi qırğın silahlarından təmizlənməsinin zəruriliyini vurğulayıb: "Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə danışıqları bizim üçün çox vacibdir və biz bu sazişin tərəfləri ilə əlaqə saxlayırıq. Biz bu mərhələdə daha çox kompromis və çevikliyi vurğulayırıq".

O deyib ki, biz İranın nüvə proqramı üzrə işi bağlamağa çalışmaq istəyirik və bunu Avropa və Amerika tərəflərinə də çatdırmışıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.