Dünya

"Komsomolskaya Pravda"nın müxbiri Kosovada saxlanılıb, casusluqda şübhəli bilinir

7 Avqust 2022 10:04
1 Şərh     Baxış: 1 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:20

"Komsomolskaya Pravda"nın jurnalisti Darya Aslamova redaksiyamızla əlaqə saxlayaraq Serbiya-Kosovo sərhədində yerləşən Raşka şəhərində olduğunu bildirib".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Komsomolskaya Pravda"nın redaksiyasından məlumat verilib.

O, avqustun 7-nə keçən gecə tanınmamış Kosova hakimiyyəti tərəfindən saxlanılıb, sonra sərbəst buraxılıb.

--------

10:04

"Komsomolskaya Pravda"nın müxbiri Darya Aslamovanın Kosovada həbs edildiyi bildirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə tanınmamış Kosovanın daxili işlər naziri Celal Sveçliya mətbuat konfransında bildirib.

Media nümayəndəsi şənbə günü, avqustun 6-da saxlanılıb. Məlumata görə, o, casusluqda şübhəli bilinir. Celal Sveçliya onun barəsində bunları deyib:

"Bir neçə ölkə onun Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini və jurnalist adı altında hərəkət etdiyini sübut edib".

Daxili İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, jurnalist Ukraynada hərbi əməliyyatlarda iştirak edib.

Redaksiyadan isə bildirilir ki, Aslamova qəzetin göstərişi ilə Serbiyada olub. O, həbs olunandan bəri əlaqə saxlamayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.