Dünya

Nəhəng qaz kəmərinin tikintisi ilə bağlı razılıq əldə olunub

29 İyul 2022 08:54
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlcəzair, Nigeriya və Niger Trans-Sahara qaz kəməri layihəsi üzrə işlərin bərpasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Trend-in məlumatına görə, bu barədə "Algeria Press Service" agentliyi xəbər verib.

Məlumata əsasən, memorandumun imzalanması Əlcəzairin energetika və mədən naziri Məhəmməd Arkab, Nigeriyanın neft naziri Timipre Silva və Nigerin neft, enerji və bərpa olunan enerji naziri Mahamane Sani Mahamadunun iştirak etdiyi üçtərəfli görüş zamanı baş tutub.

Uzunluğu 4 min km olan magistral kəmərin Nigeriyadan Əlcəzairə qaz nəqli üçün istifadə olunacağı güman edilir. Oradan Nigeriya qazı Əlcəzair və İtaliyanı birləşdirən Trans-Aralıq dənizi boru kəməri ilə və ya mayeləşdirilmiş təbii qaz kimi Avropaya ixrac edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.