Dünya

Ağ Evdən Pekinə KRİTİK ZƏNG: liderlər 2 saat nədən danışıblar?

28 İyul 2022 22:12
0 Şərh     Baxış: 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpinin iki saatdan çox davam edən telefon danışığı aparıb.

Milli.Az gundem.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi məlumat verib.

"Ağ Ev rəsmisinin sözlərinə görə, bu söhbət Tayvanla bağlı gərginliyin artmasına baxmayaraq, münasibətlərin sabitliyini qorumaq məqsədi daşıyır", - Bloomberg yazır.

İki lider arasında söhbət Bakı vaxtı ilə saat 16:33-də başlayıb və 18:50-də başa çatıb, iki saatdan çox davam edib. Bu, liderlər arasında martın 18-dən bəri ilk ünsiyyətdir.

Strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi bildirib ki, söhbət zamanı Ukrayna ətrafındakı gərginliyə və Hind-Sakit okean regionunda vəziyyətə toxunulub.

Baydenin özü ötən həftə, iyulun 21- də çinli həmkarı ilə telefon danışığı etmək niyyətində olduğunu açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.