Dünya

Ukraynada ABŞ vətəndaşları həlak oldu

24 İyul 2022 14:30
0 Şərh     Baxış: 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu yaxınlarda Ukraynanın şərqində iki amerikalı ölüb. Onların ölümünü ABŞ Dövlət Departamenti də təsdiqləyib.

Milli.Az report-a istinadən xəbər verir ki, dövlət Departamentinin sözçüsü ABŞ vətəndaşlarının kimliyi və ölümlərinin başvermə şərtləri ilə bağlı hər hansı təfərrüatı açıqlamayıb, lakin onların nümayəndələrinin həlak olanların ailələri ilə əlaqə saxladığını və bütün mümkün konsulluq yardımını göstərdiyini bildirib.

Amerikalı diplomat onu da qeyd edib ki, bir qayda olaraq, ABŞ hökuməti itkin düşənlərin və ölənlərin axtarışı ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Mərkəzi Axtarış Agentliyi ilə əlaqə saxlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.