Dünya

Fuat Oktay Ərdoğanın müşaviri ilə evləndi - FOTO

23 İyul 2022 09:37
0 Şərh     Baxış: 1 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin vitse-prezidenti Fuat Oktay ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Hümeyra Şahinlə ailə həyatı qurub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nikah mərasimi İstanbulda baş tutub. 

Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan cütlüyün nikahında şahid olaraq çıxış ediblər. 

Bununla yanaşı, mərasimə Fuat Oktay və Hümeyra Şahinin ailəsi və yaxınları da qatılıb. 

Xatırladaq ki, ötən həftələrdə 58 yaşlı Fuat Oktayın 46 yaşlı Hümeyra Şahinlə nişanlandığı məlum olmuşdu. 

Qeyd edək ki, Fuat Oktay ilk həyat yoldaşından 2011-ci ildə boşanıb. Onun bu evlilikdən 3 övladı var.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.