Dünya

Peyvənd vurdurmadıqlarına görə bir ildən çoxdur ev dustağıdırlar

21 İyul 2022 17:07
0 Şərh     Baxış: 1 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mahelino Patelesio və dörd nəfərdən ibarət ailəsi COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etdikləri üçün bir ildən çoxdur ki, Tokelau adalarında (Yeni Zelandiya) ev dustaqlığında yaşayırlar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, asayişi pozduqları üçün Nukunonu adasının şurası (taupuleqa) tərəfindən onlara ev dustaqlığı təyin edilib. Arxipelaqda həbsxanalar olmadığından və cinayətkarların Yeni Zelandiyaya daşınması baha başa gəldiyi üçün Tokelauda ev dustaqlığı adi bir təcrübədir.

"Bu kəndin qaydasıdır, bu adanı və icmanı idarə edən yerli şuranın qərarıdır. Tokelau qanunları var, lakin kəndin üzərində səlahiyyəti olan yerli şuramız da var", - deyə adanın administrasiyasının meneceri Asi Pasilio bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.