Dünya

Dünyada koronavirusdan ölüm artıb

18 İyul 2022 15:07
0 Şərh     Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son bir həftə ərzində dünyada koronavirusa yeni yoluxma hallarının sayı 6,5 milyonu ötüb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 0,7 milyon nəfər çoxdur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, koronavirusa yoluxma halları aprel ayının əvvəlindəki səviyyəyə yüksəlib.

Virusdan ölüm hallarında da kəskin artım var. Son yeddi gündə dünyada əvvəlkilərlə müqayisədə 1,5 dəfə çox insan ölüb.

Avropada yoluxmada artım davam edir. Ən yüksək göstəricilər hazırda gündə 140 mindən çox yoluxmanın qeydə alındığı Almaniyadadır ki, bu da martın sonundan bəri ölkə üçün maksimum göstəricidir.

Latın Amerikasında ən yüksək göstəricilər hələ də təxminən 70 000 insana koronavirus diaqnozu qoyulan Braziliyadadır.

Kolumbiyada rəqəmlər yeddi gündə 10% artıb. Orada gündə 3,5 minə yaxın yoluxma hadisəsi aşkarlanır. Çilidə isə demək olar ki, 20% azalma var.

Bir sıra Asiya ölkələrinin səlahiyyətliləri də koronavirusun yeni, yeddinci dalğasından danışırlar. Belə ki, Yaponiyada son günlərdə 100 mindən çox yoluxma halı qeydə alınıb ki, bu da pandemiyanın bütün dövrü üçün ən yüksək göstəricilərdən biridir. Ötən həftə ilə müqayisədə artım, demək olar ki, iki dəfə artıb.

Gündə 40 min yoluxmanın qeydə alındığı Cənubi Koreyada da kəskin artım müşahidə olunur.

Yeddi gündə COVID-19-dan dünyada 17,6 min nəfər ölüb ki, bu da ötən həftə ilə müqayisədə 6,1 min nəfər çoxdur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.