Dünya

ABŞ hipersəs silahlarını sınaqdan keçirib

13 İyul 2022 21:58
0 Şərh     Baxış: 542
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Hərbi Hava Qüvvələri "ARRW" proqramı çərçivəsində hipersəs silahının prototipini uğurla sınaqdan keçirib.

Milli.Az "report"a istinadən bildirir ki, mart ayının ortalarında ABŞ hipersəs raketinin uğurlu sınağını keçirib, lakin Rusiya ilə gərginliyi artırmamaq üçün bu barədə məlumat yaymayıb. Strateji B-52 bombardmançı təyyarəsindən atılan raket 19 kilometr yüksəkliyə qalxaraq 480 kilometr məsafə qət edib.

Bundan əvvəl ABŞ-ın Kosmik Qüvvələrinin generalı David Tompson bildirib: "Hipersəs proqramlar baxımından çinlilər və rusiyalılar qədər irəlidə deyilik. Ancaq ABŞ sürətlə onlara çatmağa çalışır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.