Dünya

Britaniyada hərbi-hava bazası fəaliyyətini dayandırdı

12 İyul 2022 22:51
0 Şərh     Baxış: 803
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsti hava Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin "RAF Cranwell" aviabazasının işinə mane olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bazanın uçuş-eniş zolağında asfalt əriyib.

Nəticədə, bitum təyyarələrin təkərlərinə və aviabazanın işçilərinin ayaqqabılarına yapışmağa başlayıb.

Komandanlıq havanın temperaturu aşağı düşənə qədər təyyarələrin uçuşlarını dayandırmaq qərarına gəlib. Həmçinin aviabazada yerləşən Kral Hərbi Hava Qüvvələri Kollecinin tələbələri üçün təlim uçuşları dayandırılıb.

Qeyd edək ki, son bir neçə gündə Britaniyada havanın temperaturu 32 dərəcəyə çatıb. Eyni zamanda, Böyük Britaniyanın milli meteorologiya xidməti temperaturun daha da yüksələ biləcəyi barədə xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.