Dünya

Şri-Lanka parlamenti iyulun 20-də yeni prezident seçəcək

11 İyul 2022 22:31
Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şri-Lanka parlamenti yeni prezidenti seçmək üçün seçkilərə gedir.

Milli.Az "report"a istinadən bildirir ki, parlament iyulun 15-də yenidən toplanacaq və yeni prezident iyulun 20-də seçiləcək.

Şri-Lankada iqtisadi böhran başlayandan sonra insanlar küçələrə axışıb və prezident Qotabaya Rajapaksanın iyulun 13-də istefa verəcəyi açıqlanıb.

Parlamentin sədri Mahinda Yapa Abeyvardena bildirib ki, növbəti dövlət başçısı vəzifəsinə namizədlər iyulun 19-da parlamentə təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.