Dünya

Sürücülük vəsiqəsi olmayan yeniyetməni polis təqib edib, atəş aşıb - VİDEO

11 İyul 2022 15:45
0 Şərh     Baxış: 1 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Primoryedə sürücülük vəsiqəsi olmayan 16 yaşlı yeniyetməni polis təqib edib və atəş açıb.

Milli.Az bildirir ki, hadisə yerindən çəkilmiş video Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin saytında dərc olunub.

Görüntülərdə rusiyalının Dövlət Yol Müfəttişliyinin tələblərinə məhəl qoymaması və avtomobillərin intensiv hərəkət etdiyi yolda təhlükəli manevrlər etməsi göstərilir. Hüquq-mühafizə orqanları qaydanı pozan şəxsi uzun müddət təqib edir və maşının təkərlərinə atəş açmağa məcbur olurlar.

Yeniyetməni yalnız "Lexus"la toqquşduqdan sonra saxlamaq mümkün olub. Onun barəsində bir sıra inzibati protokollar tərtib edilərək protokollaşdırılıb, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Bundan əlavə, Primoryedən olan məktəbli xarici avtomobilin sahibinə dəymiş ziyanı ödəməli olacaq, departament əlavə edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.