Dünya

Polşanın keçmiş prezidenti Rusiyanı parçalamağa çağırdı

11 İyul 2022 08:00
0 Şərh     Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşanın keçmiş prezidenti Lex Valensa Rusiyanı parçalamağa və əhalisini 50 milyonadək azaltmağa çağırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bəyan edib ki, Rusiyanın siyasi sistemini dəyişmək, hətta Rusiyada xalqların üsyanı təşkil etmək lazımdır.

Siyasətçinin fikrincə bu gün qlobal təhlükəsizliyi yalnız  Rusiyanın parçalanması ilə təmin etmək mümkündür.

Onun sözlərinə görə, Qərb demokratik yolla, NATO və Aİ vasitəsilə öz təsirini genişləndirir, Rusiya isə bunu zorakılıqla edir.

Valensa, həmçinin dünyanın yenidən iki yerə bölünəcəyini proqnozlaşdırıb. Eks-prezidnetə görə, qarşıdurmanın bir tərəfində NATO ilə Qərb, digər tərəfində isə Rusiya və Çin dayanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.